Dünya futbolu

San Marinodan tarixi rekord – VİDEO

San Marino Sent-Kits və Nevis yığması ilə yoldaşlıq oyununda üz-üzə gəlib.

Aut.az xəbər verir ki, hesabı 21-ci dəqiqədə meydan sahibləri açıb. Filippo Berardi penaltini qola çevirib. Bununla San Marino millisi ardıcıl 4-cü matçda qol vurub. Bu, onlar üçün tarixi rekorddur.

Bundan əvvəl San Marino Danimarka, Qazaxıstan və Finlandiyaya qol vurmuşdu.

Qeyd edək ki, oyun 3:1 hesabı ilə Sent-Kits və Nevis yığmasının xeyrinə başa çatıb.