Dünya futbolu

Daşqınlar nəticəsində dörd futbolçu öldü

Liviyada baş verən güclü daşqınlar nəticəsində dörd futbolçu həlak olub.

Aut.az. xəbər verir ki, yerli federasiya bu barədə “Əl-Cəzirə” kanalına məlumat verib.

Şahin Əl-Cəmil, Saleh Sassi, Əl-Hüseyn Şəluf və Muntera Sadakinin dünyasını dəyişdiyi bildirilib. Federasiya oyunçuların vəfatı ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Liviyadakı daşqınlarda ölənlərin sayı iki mini keçib.