Afrika Millətlər Kubokunda bürünc medalların sahibi bəlli oldu
Misir yığması Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda oyunda Nigeriyaya məğlub olub (0:0, penaltilərdə 2:4).
Aut.az xəbər verir ki, əsas vaxtda komandalar qol vura bilməyib və oyun penaltilər seriyasına keçib. Misir millisində Məhəmməd Salah və Ömər Marmuş penaltiləri dəqiq yerinə yetirə bilməyiblər: Nigeriya yığmasının qapıçısı Stenli Nvabili həm “Liverpul”un vingerinin, həm də “Mançester Siti”nin hücumçusunun zərbələrini dəf edib.
Qeyd edək ki, Misir Afrika Millətlər Kubokunda ardıcıl ikinci dəfə mükafatçılar sırasına düşə bilməyib.
