Tanınmış futbolçu ölkəsinə ekstradisiya edildi
Moskva “Spartak”ının sabiq hücumçusu Kuinssi Promes Niderlanda ekstradisiya edilib.
Aut.az xəbər verir ki, bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.
Futbolçu Niderlanda gətirildikdən sonra ilkin həbsə alınacaq. Apellyasiya şikayəti təmin olunmasa, Promes yalnız 2030-cu ildə və ya daha gec şərti azadlığa çıxa bilər.
Qeyd edək ki, futbolçu BƏƏ-də Niderlandın ekstradisiya tələbi əsasında saxlanılmışdı. O, vətənində narkotik qaçaqmalçılığı və qohumuna qarşı hücum ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Promesin müdafiə komandası bu hökmə qarşı apellyasiya şikayəti verib.
Aut.az
