Messiyə görə jurnalistə elə sözlər dedi ki…
“Dallas”ın müdafiəçisi Nkosi Tafari bu gün “İnter Mayami” ilə keçiriləcək Liqa Kubokunun 1/4 final oyunundan əvvəl yerli mediaya müsahibə verib.
Aut.az xəbər verir ki, futbolçu ondan müsahibə götürən jurnalistə irad tutub. Jurnalistə deyib ki, müsahibəni şəxsinə olan marağa görə yox, Messiyə görə götürürsən.
“Mən qarşımda duran vəzifəni bilirəm. Hər oyuna eyni şəkildə hazırlaşıram. Bir mərkəz müdafiəçisi kimi mənim vəzifəm rəqibi bağlamaq və komandama qalib gəlməyə kömək etməyə çalışmaqdır.
Əslində, məndən yalnız Messiyə görə müsahibə götürürsünüz. Siz məndən müsahibəni mənimlə maraqladığınız üçün götürmürsünüz. Ancaq bu, ədalətlidir”, – Tafari “FOX 4 News”a deyib.
Aut.az
