İtaliya

Amerikalıların marağı da işə yaramır, borc içində batırlar

İtaliya klubları son 15 ildə ən böyük maliyyə itkisinə məruz qalıblar.

Beynəlxalq investorların son illərdə “Milan” və “Roma” kimi komandaları almaq üçün daha çox pul xərcləməsindən sonra belə nəticə təəccüb doğurur.

“PricewaterhouseCoopers”ın hesabatına görə, ölkənin peşəkar klublarının 2022-ci ilin iyununda başa çatan mövsüm üçün 1,4 milyard avro (1,5 milyard dollar) xalis zərəri qeydə alınıb.

İtaliya futbolu son vaxtlar investor marağı dalğası yaşayır, “RedBird”, “777 Partners” və “Oaktree” kimi ABŞ şirkətlərini  cəlb edir. Bu, komandalara Avropa yarışlarında performanslarını yaxşılaşdırmağa kömək etdi, lakin bilet satışı və yayım gəlirləri azaldığından, daha yaxşı maliyyə şəraitinə səbəb olmadı.

2020/21 mövsümü üçün itkilər əsasən koronavirus pandemiyasının təsirindən 1,3 milyard avro təşkil edib. PwC hesabatına görə, növbəti il borc 4%-dən çox artıb, ümumi borc 2021/22-ci illərdə 5,6 milyard avronu keçib.

İtaliya liqalarında (Serial A, Serie B və Serie C) yayım hüquqlarının gəlirləri 2018/19-da 1,38 milyard avrodan 2021/22-ci illərdə 1,25 milyard avroya düşüb.

Aut.az