Bu komanda A seriyasına vəsiqəni təmin etdi
“Sassuolo” İtaliyanın yüksək liqasına vəsiqəni təmin edib.
Aut.az xəbər verir ki, Fabio Qrossonun komandası 33 turdan sonra 75 xalla ikinci divizionda liderdir. Komanda çempionatın bitməsinə 5 tur qalmış ikinci pillədə qərarlaşan “Piza”nı 9, üçüncü yeri tutan “Spezia”nı isə 16 xal qabaqlayır.
Beləliklə, “Sassuolo” A Seriyasına birbaşa çıxışı təmin edən ikinci yerdən aşağı düşməyəcək .
Klub ötən mövsümü 19-cu yerdə başa vuraraq ikinci liqaya düşmüşdü.
Aut.az
