Almaniyaİtaliya

Görün Sərdar kimin yanına gedir

“Bayer”in (Leverkuzen) hücumçusu Serdar Azmun “Roma”ya keçmək ərəfəsindədir.

Tərəflər yaxın saatlarda razılığa gələ bilərlər. Azmun əvvəllər “Zenit” və “Milan”dan da təkliflər almışdı.

Sərdar “Bayer”in heyətində 44 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Avqustun əvvəlində hücumçu ayağından zədə alıb və 6-8 həftə yaşıl meydanlardan kənarda qalıb.