İtaliya

“Milan”da futbolçu qalmadı: Bu 12 nəfəri də Alleqri istəmir

“Milan”ın yeni baş məşqçisi Massimiliano Alleqri yeni mövsümdə güvənməyəcəyi futbolçularla bağlı qərar verib.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira “X” hesabında məlumat verib. Bildirilir ki, italiyalı mütəxəssisin planlarına hazırkı heyətdən 12 futbolçu daxil deyil.

Mənbənin məlumatına görə, yayda “Milan”ı bu futbolçular tərk edə bilər: Devis Vaskes, Emerson Royal, Malik Tşau, Teo Hernandes, Filippo Terraksiano, Yunus Musa, İsmael Bennaser, Yassine Adli, Samuel Çukveze, Marko Lazetiç, Noa Okafor və Lorenzo Kolombo.

Xatırladaq ki, “Milan” daha əvvəl müqaviləsi başa çatan müdafiəçiləri Davide Kalabria və Alessandro Florenzi, yarımmüdafiəçi Teyani Reyndersi (55 milyon avroya “Mançester Siti”yə), həmçinin icarə əsasında klubda çıxış edən Rikkardo Sottil, Kayl Uoker, Tammi Abraham və Joao Feliksi itirib. Hücumçu Luka Yoviç də azad agent kimi ayrılıb.

Aut.az