Azərbaycan futbolu

“Sumqayıt”dan “Zirə”yə

“Zirə” klubu yeni transferini açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qartallar” “Sumqayıt”dan ayrılan Rövlan Muradovu heyətinə qatıb. Oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində “Qəbələ” və “Slaviya B” komandalarının da formasını geyinib.