İtaliya

İtaliyanın iki nəhəngi bu gürcü uğrunda mübarizə aparır

“Milan” “Empoli”nin və Gürcüstan millisinin 20 yaşlı mərkəz müdafiəçisi Saba Qoqliçidze uğrunda mübarizədə “Yuventus”dan qalib gəlmək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.

Mənbənin məlumatına görə, “rossonerilər” gürcü futbolçunu yanvardakı transfer pəncərəsində almaq və bu mövsümün sonuna qədər “Empoli”də icarə əsasında saxlamaq istəyir. “Yuventus”un gələn yay Qoqliçidzeni almaq variantını nəzərdən keçirdiyi vurğulanır.

Bu mövsüm Qoqliçidze bütün turnirlərdə 16 matçda iştirak edib. Futbolçunun klubla əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.

Aut.az