İtaliya

A seriyasının tarixinə düşdü

“İnter”in hücumçusu Lautaro Martinez A Seriyasının tarixinə düşüb.

Aut.az xəbər verir ki, argentinalı futbolçu çempionatın 26-cı turunun “Cenoa” ilə oyununda (1:0) qol vurmaqla nail olub. O, klub tarixində liqada ardıcıl altı mövsüm 10 və daha çox qol vuran ilk əcnəbi oyunçu olub.

Qeyd edək ki, cari mövsüm İtaliya çempionatında “neradzurr” turnir cədvəlinə başçılıq edir. Komandanın aktivində 57 xal var.

Aut.az