İndi də İndzaqini hədəfə alıb: Çempionluğu tualetə atdı
Antonio Kassano növbəti dəfə “İnter”in baş məşqçisi Simone İndzaqini tənqid edib.
Milan klubu A Seriyasında “Napoli”dən 1 xal geridə qalaraq ikinci pillədə başa vurub. Çempionlar Liqasının finalında “İnter” PSJ ilə qarşılaşacaq.
Aut.az xəbər verir ki, “İnter”in və “Milan”ın keçmiş hücumçusu bu barədə “Viva el Futbol”da danışıb.
“İnter” Skudettonu tualetə atdı. Biz həmişə bunu demişik – “İnter”də 22 start oyunçu var. “İnter”dən və bütün digər komandalardan 11 oyunçunu götürüb daha 11 oyunçu əlavə etsəniz, “İnter” yenə də ən güclü olacaq.
“İnter” bu il də çempion olmalı idi, amma əvəzində artıq son dörd ildə üçüncü uğursuzluğunu yaşadı. Bütün təriflər “Napoli” və onların məşqçisinə düşür.
Amma kimsə mənə İndzaqi ilə bağlı bir şey izah etməlidir. “İnter”də keçirdiyi dörd mövsümdə mövsümün ikinci yarısında getdikcə daha az xal topladı. Kimsə mənə başa salmalıdır ki, “İnter” niyə üç dəfə çempionluğu itirib. İndzaqi cəmi bir dəfə qalib gəlib.
“İnter” və onun məşqçisi günahkardır – bu, sadəcə, fəlakətdir. İnzaqi əhəmiyyətli dərəcədə güclü komanda yarada bilmədi”, – Kassano deyib.
Aut.az
