İtaliya

Siçovul şəkli olan bayrağa görə 5 min avro cərimə

“Roma”nın mərkəz müdafiəçisi Canluka Mançini İtaliya çempionatının 31-ci turunun “Latsio” ilə oyunundan (1:0) sonrakı davranışına görə cəzalanıb.

Aut.az xəbər verir ki, Mançini azarkeşlərin qarşısında siçovul şəkli olan bayraq yelləyib. A Seriyası onu bu hərəkətinə görə 5000 min avro cərimə edib. Bu barədə jurnalist Alfredo Pedullanın saytında məlumat verilib.

Xatırladaq ki, bu mövsüm italiyalı müdafiəçi bütün turnirlərdə 39 matçda iştirak edib, 5 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Aut.az