Son 10 ildə bunu bacaran ilk italyan oldu
“Latsio”nun hücumçusu Ciro İmmobile son 10 ildə “top-5” liqada 250-dən çox xal toplayan ilk italiyalı futbolçu olub.
Aut.az xəbər verir ki, o, buna dünən “Montsa” ilə matçda (1:1) penalti fərqlənməklə nail olub. Bu barədə “Legaseria” məlumat yayıb.
İmmobile Avropanın 5 qabaqcıl çempionatında karyerası ərzində 358 oyun keçirib, 200 qol vurub və 51 məhsuldar ötürmə verib.
“Top 5” liqada ən çox xal toplayan “İnter Mayami”nin və Argentina millisinin kapitanı Lionel Messidir -496 qol və 247 məhsuldar ötürmə.
Qeyd edək ki, Ciro karyerası ərzində İtaliya ilə yanaşı İspaniya və Almaniya çempionatlarında da top qovub. O, “Sevilya” və Dormund “Borussiya”sının formasını geyinib. Vətənində isə “Latsio”dan başqa “Yuventus”, “Cenoa”, “Torino” kimi klublarda çıxış edib.
