Xavi onların sırasına qoşuldu
“Barselona” ötən gün La Liqa matçında “Selta Viqo”ya 3:2 hesabıyla qalib gəlib.
Aut.az xəbər verir ki, sözügedən görüşdə Xavinin kataloniyalıların baş məşqçisi kimi İspaniya çempionatında 50-ci qələbədir. O, bu uğura 70-ci oyununda nail olub.
Ancaq o, bu qələbə sayına erkən çatan “Barselona”nın ilk baş məşqçisi deyil. Xavi bu göstəricidə 5-cidir. Ondan öncə Luis Enrike (63 oyun), Pep Qvardiola (67), Helenio Herrera (68) və Ernesto Valverde (69) qərarlaşıb.
