İspaniya

Prezident ona “torba” tikir, öz adamını gətirmək istəyir

Madrid “Real”ının prezidenti Florentino Peres gənclərdən ibarət komandasının baş məşqçisi Raul Qonzaleslə işləməyə həvəsli deyil.

Aut.az xəbər verir ki, funksioner hazırda 19 yaşadək futbolçulardan ibarət komandada oxşar vəzifə tutan Alvaro Arbeloanı bu postda görməyə üstünlük verir. Bu barədə Sport.es məlumat yayıb.

Mənbənin sözlərinə görə, Raulun özü isə digər komandaların təkliflərini rədd edərək, vəzifəsində qalmaq istəyir. Ancaq əvvəlcə Raulun gedəcəyi, Peresin isə prezidentin “öz adamı” olan Arbeloanı bu vəzifəyə təyin edəcəyi planlaşdırılırdı.

Arbeloa 19 yaşadək futbolçulardan ibarət komanda ilə əla iş görüb və klubda bir çoxları onu yüksəlməyə layiq hesab edirlər.

Aut.az