“Barsa”nın marağı “Atletiko”nu hərəkətə gətirdi: Ən çox qazanan futbolçu olacaq
“Barselona” və “Arsenal”ın Alvaresə olan marağı nəzərə alan “Atletiko” hücumçuya təkmilləşdirilmiş müqavilə şərtləri təklif etmək istəyir.
Aut.az “Marca”ya istinadla xəbər verir ki, Madrid klubu onun maaşını illik 9 milyon avroya qaldırmaqla yanaşı, asanlıqla yerinə yetirilən şərtlər daxilində əlavə 1 milyon avro bonus təklif etmək istəyir.
Hazırkı müqaviləyə əsasən, Alvares ildə təxminən 7 milyon avro qazanır. Yeni şərtlər razılaşdırılarsa, argentinalı qapıçı Yan Oblakla yanaşı, “Atletiko”nun ən çox qazanan oyunçusu olacaq. Alvaresin komandadan və Madriddəki həyatından məmnun olduğu bildirilsə də, klub və oyunçu hələ yeni müqavilə ilə bağlı danışıqlara başlamayıblar.
Aut.az
