“Atletiko” “Siti”nin ulduzunu aldı: Rekord məbləğ – FOTO
24 yaşlı argentinalı futbolçu Julian Alvares İngiltərənin “Mançester Siti” klubundan ayrılıb.
Aut.az xəbər verir ki, nfuzlu insayder Fabritsio Romanonun məlumatına görə, futbolçunun “Atletiko Madrid”ə keçidi tamamlanıb.
Dünya çempionunun transferi “hindular”a 75 milyon avroya + 20 milyon avro bonuslara başa gələcək. Alvares “şəhərlilər” üçün rekord satış olub.
Romano onu da qeyd edir ki, “Atletiko” Konor Qallagerin “Çelsi”dən 42 milyon avroya transferi üçün bütün şərtləri razılaşdırıb.

