MY rəhbərliyi ona güvənmir? – Yerinə namizəd tapıblar
“Mançester Yunayted” 2024/25 mövsümünün sonunda baş məşqçisini dəyişməyi düşünür.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb .
“Yunayted”in rəhbərləri Ruben Amorimin komandanı böhrandan çıxara biləcəyinə əmin deyillər. Klub artıq mümkün yeni baş məşqçi ilə bağlı seçim edib. Bu, “Brentford”un baş məşqçisi Tomas Frank ola bilər.
Bildirilir ki, rəhbərlik qış transferlərinin komandaya müəyyən təkan verəcəyini gözləsə də, bu baş verməyib.
Keçirilən 25 oyundan sonra “Mançester Yunayted” 28 xalla Premyer Liqanın turnir cədvəlində 15-ci yerdədir.
Aut.az
