Olimpiya çempionu Mbappedən daha sürətli imiş: İnanılmaz nəticə
Ötən gün isveç idmançısı Armand Duplantis 6,25 metrlik nəticə ilə Yay Olimpiya Oyunlarının dirəklə tullanmanın yarışında həm qalib olub, həm də dünya rekorduna imza atıb
Aut.az xəbər veirr ki, Duplantis tullanış yolunda 38,2 km/saat sürət yığa bilib. Bu, Avro-2024-də 36,5 km/saatla turnirin ən sürətli oyunçusu olan hücumçu fransalı Kilian Mbappe nəticəsindən daha yaxşı olub.
Eyni zamanda müəyyən edilib ki, isveçli atlet həlledici tullanış zamanı nəzəri olaraq 6,72 m hündürlük maneəni qət etmək iqtidarında olub.
Aut.az
