Olimpiya çempionu medalını satır: Səbəbi bəllidir
2024-cü il Paris Olimpiya Oyunlarının çempionu, niderlandlı qaçışçı Yucin Omalla medalını hərracda satmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Eurosport Fransa” məlumat yayıb.
“Bu, karyeramın ən böyük qələbələrindən biridir və mən həmişə bununla fəxr edəcəm. Onu hərraca çıxarmağın maliyyə çətinliyi ilə heç bir əlaqəsi yoxdur və varlanmaq istəyi ilə diktə olunmur. Mənim əsl motivasiyam ailəmə kömək etmək və köməyə ehtiyacı olanlara dəstək olmaqdır. Gəlirlərin böyük hissəsi valideynlərimin xeyriyyə fonduna veriləcək”, – Omalla deyib.
2024-cü ildə Parisdə keçirilən Olimpiadada Niderland yığması 4×400 m qarışıq estafet yarışında qalib gəlib.
Aut.az
