Dünya rekordçusu dopinqdə “ilişdi” – Ağır cəza aldı
Dünya Çempionatının mükafatçısı Ronex Kipruto dopinq qəbul etdiyinə görə altı il müddətinə idmandan uzaqlaşdırılıb.
Aut.az xəbər verir ki, bu barədə Athletics Integrity Unit (AIU) məlumat yayıb.
Keniyalı 10 km məsafəyə dünya rekordunu və dünya çempionatının bürünc medalını itirəcək. “Reuters” xəbər verir ki, 2019-cu il Dünya Çempionatında 10 km məsafədə bürünc medal qazanan 24 yaşlı keniyalı qaçışçı ötən ilin mayında antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq yarışdan kənarlaşdırılıb. İndi o, 2029-cu ilin mayına qədər cəzalandırılıb.
Kipruto 2020-ci ildə Valensiyada dünya rekordu vurub.
24 yaşlı idmançı antidopinq qaydalarının pozulması iddialarını rədd edib. Lakin təşkilat keniyalının “uzun müddət ərzində düşünülmüş və təkmil dopinq rejiminə” qarışdığını söyləyib.
Kipruto İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

Aut.az
