İspaniya

Ulduz futbolçu sıradan çıxdı

“Betis” klubunun yarımmüdafiəçisi İsko zədələnib

Aut.az xəbər verir ki, o, uzun müddət komandaya kömək edə bilməyəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat verib.

Zədənin dəqiq xarakteri hələ açıqlanmayıb, lakin futbolçunun təxminən üç ay meydana çıxmayacağı dəqiqləşib. Bu isə klubun transfer bazarına çıxmasına səbəb ola bilər.

33 yaşlı İsko 2023-cü ilin yayında “Betis”ə keçib. Ötən mövsüm ispaniyalı yarımmüdafiəçi bütün turnirlərdə 33 oyun keçirib, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Aut.az