İspaniya

“Barselona” son ev oyununa süpriz heyətlə çıxa bilər

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 37-ci turunda “Vilyarreal”ə qarşı keçiriləcək oyun üçün heyətlə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, o, meydana klubun yetirmələri ilə çıxa biləcəklərini bildirib:

“Start heyətinə hələ qərar verməmişik. Çünki yalnız istirahət və bayram tədbirlərindən sonra qayıtmışıq. Bəli, mümkündür ki, “La Masiya”dan olan 11 futbolçunun meydana çıxaraq. Bu barədə danışmışıq, amma hələ qərar qəbul etməmişik”.

Qeyd edək ki, “Barselona” – “Vilyarreal” oyunu mayın 18-də baş tutacaq. Qarşılaşma saat 21:00-da (Bakı vaxtı ilə) başlayacaq. Bu, 2024/25 mövsümündə kataloniyalıların evdə keçirəcəyi son oyundur.

Aut.az