İspaniya

Pike ondan da ayrılıb? – FOTO

“Barselona”nın keçmiş müdafiəçisi və tanınmış iş adamına çevrilən Jerar Pike yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

Aut.az xəbər verir ki, bu dəfə media onun son üç ildə birlikdə olduğu sevgilisi Klara Çiadan ayrıldığı barədə məlumat yayıb. İspaniyanın “Vamos a ver” adlı şousunun jurnalisti Adriana Dorronsoro Pike ilə Klara arasındakı münasibətin bitdiyini bildirib.

“Mən onların ayrıldığına dair təsdiq aldım. İndi bunun səbəbini anlamağa çalışıram, çünki üçüncü tərəflərin müxtəlif versiyaları var”, – deyə jurnalist açıqlamasında bildirib.

Mümkün səbəblər arasında media Jerarın Mayamidə sirli qırmızı saçlı qadının yanında görünməsini göstərilir ki, bu da söz-söhbətləri daha da artırır. Lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

“Marca” nəşri isə Pikeyə yaxın mənbələrə istinadən xəbər verib ki, ayrılıq ilə bağlı məlumat yalandır və cütlük hələ də birlikdədir.

Xatırladaq ki, Klara Pikenin evli olduğu müğənni Şakiradan boşanmasına səbəb olan qadındır.

Pike ondan da ayrılıb? - FOTO