İspan azarkeşlər müsəlman Yamalı təhqir etdilər: Donuz əti ye
İspaniyalı azarkeşlər 17 yaşlı hücumçu Lamin Yamala qışqırıblar ki , milli komandalarının Avro 2024 -dəki qələbəsini qeyd edərkən jamon (donuz ətindən hazırlanan vetçina) yesin.
Aut.az xəbər verir ki, bu barədə Xorxe Pueyo “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
“Sizin yığmada 16 yaşlı oğlan var, o, heyrətamiz zərbələr vurur. Amma siz onu təhqir edirsiniz, deyirsiniz ki, “Lamin Yamal vetçina yesin”.
Bəziləri üçün bu, futbol deyil, irqçiliyə əsaslanan ispan millətçiliyinin təntənəsidir”, – Pueyo yazıb.
Yamal müsəlmandır. Müsəlmanlara donuz ətindən hazırlanmış vetçina yemək Quranla qadağandır.
Aut.az
