Ançelotti sükutu pozdu: Bir çox səbəbdən bu dövr sona çatmalı idi
“Real”ın baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda komandadan ayrılması ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, italyan mütəxəssis “Marca”ya açıqlamasında bu sözləri deyib:
“Heç bir məyusluq hissi yoxdur. Əgər kimsə mənə desə ki, 4 ilə 11 titul qazanmısan, öz qanımla bu sözlərin altına imza ataram. Bu, unudulmaz bir dövr idi.
Heç nəyə peşman deyiləm və bu klubda son günlərimi fantastik keçirmək istəyirəm. Əlimdən gələni etdim və qazandığım titullar hər şeyi deyir.
Heç vaxt elə hiss etməmişəm ki, məni bu klubda görmək istəmirlər. Bu klubda məni sevirlər və belə də qalacaq. Amma mən “Real”ı ömrümün sonuna kimi çalışdıra bilmərəm. Bir çox səbəbdən bu dövr sona çatmalı idi. Bəlkə də, klubun yeni nəfəsə ehtiyacı var. Bu kluba minlərlə təşəkkür düşür. Mən ömrümün sonuna qədər “Real”ın azarkeşi olacağam.
Mayın 26-dan Braziliya millisinin məşqçisi olacağam. Bu, böyük problemdir, amma yenə də “Real”ın baş məşqçisiyəm. Böyük macəranın bu hissəsini yaxşı başa vurmaq istəyirəm. “Real” nə vaxt istəsə rəsmi açıqlama verəcək. Bununla bağlı heç bir problem yoxdur. Nə vaxt elan edəcəklərini bilmirəm. Lazım bildikləri vaxt bunu edəcəklər. Əlavə edəcəyim heç nə yoxdur”.
Aut.az
