“Mazoxizm universiteti” – Məşhur nəşr İtaliya yığması haqda
“Corriere dello Sport” nəşrinin direktoru İvan Zazzaroni 2024-cü il Avropa çempionatında iştirak edən İtaliya millisi haqda danışıb.
Aut.az xəbər verir ki, direktor İtaliya yığmasını “Mazoxizm universiteti” adlandırıb.
“İndi Avro-2024-ün ilk oyunundan sonra başa düşürəm ki, İtaliya millisi “mazoxizm universiteti”nə çevrilib. Onilliklərdir ki, biz istedadlı uşaqlara beynəlxalq səviyyədə özlərini sübut etmək imkanı vermirik, özümüzü boş təəssüf və vədlərlə susdururuq, eyni zamanda rəqiblərimizin daha da güclənməsinə imkan veririk”, – “Corriere dello Sport” Zazzaronidən sitat gətirib.
Xatırladaq ki, iyunun 15-də İtaliya millisi Avro-2024-ün qrup mərhələsinin ilk oyununda Albaniyaya qalib gəlib – 2:1.
Aut.az
