Avropa Çempionatı

Baş məşqçidən Ronaldonun yaxınlarına qadağa: Burada qala bilməzlər

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Kriştiano Ronaldoya yaxın olan şəxslərə milli ilə eyni oteldə qalmağa qadağa qoyub.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kriştianonun dostları həmişə komanda görüşlərində olub, portuqaliyalı ulduzu müşayiət edib və hətta öz otaqları da olub. Bildirilir ki, portuqaliyalı çalışdırıcı bu qərarda futbolçuların və xüsusilə Ronaldonun konsentrasiyasını artırmaq üçün israr edib. Komanda forvardın bu şərtlə razılaşmasını yüksək qiymətləndirir.

İyunun 14-də Almaniyada start götürən 2024-cü il Avropa çempionatında Portuqaliya millisi Çexiya, Türkiyə və Gürcüstanla eyni qrupda çıxış edəcək. Kriştiano Ronaldonun komandası Avro-2024-ün açılış matçını iyunun 18-də Çexiyaya qarşı keçirəcək.

Aut.az