Azərbaycan futbolu

“Şamaxı”nın hazırlıq planı açıqlandı

“Şamaxı” klubunun yay hazırlıq planı müəyyənləşib.

Aut.az xəbər verir ki, təlim-məşq toplanışı iyulun 1-də Şamaxıda start götürəcək.

Komanda 4 yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, “Şamaxı” başa çatan mövsümdə I Liqada çempion olub və Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.