Təsdiqləndi: Avro-2032 Türkiyədə
2032-ci ildə Avropa çempionatı İtaliya və Türkiyədə keçiriləcək.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira “Twitter” səhifəsində məlumat verib.
Mənbənin bildirdiyinə görə, turniri təşkil etmək iddiasında olan Rusiya geri çəkildikdən sonra İtaliya-Türkiyə təklifi yeganə olub.
UEFA qərarını sabah, oktyabrın 10-da Nyonda keçiriləcək iclasda rəsmi olaraq açıqlamalıdır.
Xatırladaq ki, 2028-ci il Avropa çempionatına Böyük Britaniya və İrlandiya ev sahibliyi edəcək. Bu da rəsmi olaraq oktyabrın 10-da elan edilməlidir.
Aut.az
