Formula 1

Şumaxerin bu “Ferrari”si ağlasığmaz qiymətə satıldı – VİDEO

 Mixael Şumaxerin dördüncü dünya çempionluğunu qazandığı “Ferrari F2001” hərracda 15,98 milyon dollara satılıb.

Aut.az xəbər verir ki, bu barədə “Motorsport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, əldə edilən gəlir 2013-cü ilin sonunda xizək sürərkən qəzaya uğradıqdan sonra Şumaxerin ailəsi tərəfindən yaradılan fonda bağışlanacaq.

Hərrac mayın 24-də  Monako Qran Prisinin seçmə mərhələsinin keçirildiyi Monte-Karloda Formula 1 turu zamanı baş tutub.

Aut.az