İtaliya

Zəng edib xəbər verdi: Milliyə qayıtmağa hazırdır

“Əl-Duhail”in yarımmüdafiəçisi Marko Verratti İtaliya millisinə qayıtmağı düşünür.

Aut.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira verib.

Mənbənin məlumatına görə, 33 yaşlı futbolçu artıq “Skuadra adzzurra”nın baş məşqçisi Cennaro Qattuzoya milli komandaya qayıtmağa hazır olduğunu bildirib.

Verratti milli komandaya 2026-cı il Dünya Kubokunun seçmə mərhələsinin pley-off mərhələsində kömək etmək niyyətindədir. 26 martda keçiriləcək pley-offun yarımfinalında İtaliya Şimali İrlandiya ilə qarşılaşacaq. Qələbə qazansa, Uels-Bosniya və Herseqovina cütünün qalibi ilə qarşılaşacaq.

Verratti sonuncu dəfə İtaliya millisində 2023-cü ilin mart ayında meydana çıxıb. O, millidə 55 oyun keçirib.

Aut.az