Dünya futbolu

Əfsanədən iddia: PSJ bu iki transferdə səhvə yol verib

Fransa millisinin keçmiş hücumçusu Kristof Dyuqarri PSJ-nin müdafiəçi İlya Zabarni və qapıçı Lukas Şevalyenin transferlərində səhv etdiyini düşünür.

Aut.az xəbər verir ki, Dyuqarri RMC podkastında deyib:

“Onlar PSJ tapmacasını tamamlamaq üçün iki oyunçu ilə müqavilə imzaladılar. Amma heç nə uyğun gəlmir, heç nə işə yaramır!

Heç nə dönməz deyil. Amma hələlik Luis Kampos və Luis Enrike İlya Zabarni və Lukas Şevalyedən məyusdurlar. Onlar mövsümün bu mərhələsində bu səviyyədə olacaqlarını gözləmirdilər. Düşünürəm ki, həm də vəziyyətin yaxşılaşacağına ümid edirdilər. İndi anlayıram ki, Luis Kampos səhv edib”.

Aut.az