Ronaldo azarkeşə 1 milyon dollar qazandırdı – VİDEO
“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo məşhur amerikalı bloger “MrBeast”in “Youtube” kanalında qonaq olub.
Aut.az xəbər verir ki, 39 yaşlı futbolçu təsadüfi azarkeşlə yarışıb. Onlar hədəfləri vurublar. Nəticədə azarkeş qalib gəlub və buna görə 1 milyon dollar qazanıb.
16 saat ərzində videoya təxminən 40 milyon baxış olub.
Qeyd edək ki, noyabr ayında “MrBeast” Ronaldonun kanalındakı podkastda qonaq olub.
Aut.az
