Macarıstan futbolunun gənc istedadı bu nəhənglərin hədəfində
“Liverpul” “Bornmut”un 21 yaşlı macar müdafiəçisi Miloş Kerkezlə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
Mənbənin sözlərinə görə, müdafiəçi “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Ruben Amorimin oyun modelinə uyğun gəldiyi üçün Kerkezə “Mançester Yunayted” də fəal maraq göstərir. “Bornmut”un 21 yaşlı futbolçu üçün ən azı 40 milyon funt-sterlinq (48 milyon avro) tələb edə biləcəyi vurğulanır.
Bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edən Kerkez 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Aut.az
