İngiltərə

“Qovulacaq” xəbərinə reaksiyası: Vecimə də deyil

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandanın zəif nəticələri fonunda London klubundan mümkün qovulması ilə bağlı şayiələrə cavab verib.

Aut.az xəbər verir ki, Poçettino belə xəbərlərdən narahat olmadığını bildirib.

“Gələcəyimlə bağlı şayiələr məni maraqlandırmır. Məni matçlar öncəsi lazımsız gərginlik, medianın təzyiqi narahat etmir. Stressə boyun əymirəm.

Komandam hazırkı vəziyyətdən yaxşı xəbərdardır. Biz sadəcə olaraq çox işləməyə və məşq etməyə davam edəcəyik”, – Poçettino “Sky Sports”a bildirib.

Qeyd edək ki, “mavilər” Premyer Liqada onuncu yerdə qərarlaşıb.

Aut.az