Mbappe Paraqvaya ekstradisiya edilə bilər – Senatorun vəkili hədələdi
Paraqvaylı senator Seleste Amarilyanın vəkili Kilian Mbappeni siyasətçiyə qarşı ifadələrini geri götürməsə, Paraqvaya ekstradisiya etməklə hədələyib.
Aut.az xəbər verir ki, paraqvaylı senatorun nümayəndəsi fransız futbolçunu böhtan atdığına görə məhkəməyə vermək niyyətindədir.
Xatırladaq ki, Paraqvayın 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsində Fransaya 0:1hesabı ilə məğlub olmasından sonra Amarilya Mbappeyə sərt reaksiya verib: “Fransız kimi davranan təkəbbürlü kamerunlu yazmağı belə öyrənməyib. Matçdan sonra heç kimin ona şillə vurmaması təəssüf doğurur”.
Mbappé bu ifadəyə belə cavab verdi: “Sən iyrənc bir qadınsan, vəzifənə layiq deyilsən. İrqçiliyin üzündən dünya artıq oyunçularınızın Dünya Kubokunda göstərdiyi səyləri unudub”.
Amarilya futbolçunun açıqlamasını gender əsaslı zorakılıq adlandırdı.
“Böhtan və təhqir hesab etdiyimiz şey Fransada cinayət hesab edildiyi üçün Mbappeyə qarşı məhkəmə işi aça bilərik. O, hərəkətlərinə görə cavab vermək üçün Paraqvaya ekstradisiya edilə bilər”, – deyə Gilyermo Duarte Kakavelos “ABC Cardinal”-a bildirib.
Qeyd olunur ki, Fransa qanunvericiliyi digər ölkələrin tələbi ilə Fransa vətəndaşlarının ekstradisiyasına icazə vermir. Ekstradisiya yalnız qanunun minimum iki il həbs cəzası nəzərdə tutduğu hallarda mümkündür.
Aut.az
