Azərbaycan futbolu

“Neftçi”nin “təcavüzkar”ına bu cəza verildi

Əvəzedicilər liqasının III turunda “Sabah-2” ilə keçirilən oyunda təcavüzkar davranışa yol verən “Neftçi-2”nin futbolçusu Rüfət Abbasovun cəzası açıqlanıb.

Aut.az xəbər verir ki, AFFA İntizam Komitəsi rəqib oyunçunu bilərəkdən təpiklə vuran 18 yaşlı müdafiəçini 4 matçlıq diskvalifikasiya edib.

Onun hərəkəti “Neftçi”ni 300 manat ziyana salıb.