Dünya futboluAzərbaycan futbolu

Berdıyev Rusiyaya qayıtdı, bu oyunu izlədi – Nə baş verir?

“Turan – Tovuz”un baş məşqçisi Qurban Berdıyev Rusiya çempionatının 26-cı turunun “Rubin” – “Fakel” matçına gəlib.

Aut.az xəbər verir ki, bu barədə Kazan klubunun mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

Qeyd edilir ki, daha əvvəl “Rubin”ə rəhbərlik edən çalışdırıcı stadionda onun adı verilən sektora baş çəkib. Xatırladaq ki, Kazan komandasının azarkeşləri arasında keçirilən səsvermədən sonra doğma stadionun cənub tribunasının sektorlarına müvafiq olaraq klub əfsanələri Gökdəniz Qaradəniz, Viktor Kolotov və Qurban Berdıyevin adı verilib.

Xatırladaq ki, 72 yaşlı mütəxəssis 2001-2013 və 2017-2019-cu illərdə “Rubin”ə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda iki dəfə Rusiya çempionatı, kuboku və Superkubokunun qalibi olub.

Aut.az