Dünya futbolu

Neymar 2025-ci ildə bu kluba qayıdacaq

“Əl-Hilal”ın hücumçusu Neymar 2025-ci ildə yetirməsi olduğu “Santos”a qayıda bilər.

Aut.az xəbər verir ki, 32 yaşlı futbolçu ötən gün doğma komandasının Paulista kubokunun finalı çərçivəsində baş tutan “Palmeyras”la (1:0) ilk oyununda iştirak edib. UOL-un məlumatına görə, Neymar “Santos”un soyunub-geyinmə otağına daxil olub və futbolçulara 2025-ci ildə kluba qayıdacağı barədə danışıb.

Qeyd edək ki, bu mövsüm Neymar “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Oktyabrda forvard Braziliya millisi ilə oyunda zədələnib. Futbolçunun sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub. O, yeni mövsümdə meydanlara qayıda biləcək.

Aut.az