Qəribə cəza: Belə qol sevincinə görə qovuldu – FOTO
İraq millisinin futbolçusu Aymen Hüseyn Asiya Kubokunun 1/8 finalında İordaniya ilə oyunda qol vurduqdan sonra qırmızı vərəqə alıb.
Aut.az xəbər verir ki, hücumçu oyunun 76-cı dəqiqəsində komandasını hesabda irəli çıxarıb – 2:1. Qolu qeyd edən 27 yaşlı Hüseyn künc bayrağına tərəf qaçıb və sonra oturaraq bardaş qurub və özünü ot yeyirmiş kimi göstərib.
Hakim dərhal Hüseynə sarı vərəqə göstərib. Bu, futbolçunun ikinci sarı vərəqəsi olub və o, meydandan qovulub.
Maraqlıdır ki, İordaniya yığması qarşılaşmada hesabı açanda futbolçular kollektiv şəkildə qolu belə bayram ediblər. Amma hakim onları cəzalandırmayıb.

Aut.az
