Dünya futbolu

Messinin seriyası qırıldı – VİDEO

Mayın 11-dən 12-nə keçən gecə Kanadanın Monreal şəhərindəki “Saputo” stadionunda “İnter Mayami” “Monreal İmpakt”ı 3:2 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir, ki, “İnter Mayami”nin kapitanı Lionel Messi bu qarşılaşmada 90 dəqiqə meydanda olsa da, effektli olmayıb. Beləliklə, Messinin 11 oyunluq seriyası qırılıb. Əvvəlki 11 görüşün hər birində argentinalı qol vurub və ya məhsuldar ötürmə edib.

Bu mövsüm Messi MLS-də 9 matçda 10 qol vurub və 13 məhsuldar ötürmə edib.

Hazırda “İnter Mayami” 13 oyundan sonra 27 xalla MLS turnir cədvəlində birinci yerdədir.

Aut.az