Dünya futbolu

Səudiyyə Ərəbistanının arzusuna baxın: Alınacaq?

Yaxın gələcəkdə yüksək səviyyəli istefa ehtimalı yüksəkdir. Müasir dünya futbolunun ən yüksək maaş alan məşqçisi Roberto Mançini Səudiyyə Ərəbistanı millisindən qovula bilər.

Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyası artıq öz yığmanın başında italyanı kimin əvəz edə biləcəyi barədə düşünür.

Bildirilir ki, səudiyyəlilər “Mançester Yunayted”in də göz dikdiyi Zinəddin Zidanı yığmaya gətirmək arzusundadırlar.

Səudiyyə Ərəbistanı millisində Mançininin potensial varisləri siyahısında Zidanla yanaşı, argentinalı Ramon Dias və fransalı Herve Renard da var. Onların namizədliyi səudiyyəlilərə daha real görünür.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi dörd oyundan sonra DÇ-2026-nın Asiya seçmə mərhələsinin C qrupunda üçüncü pillədə qərarlaşıb. Hər qrupdan ilk iki yeri tutan komanda birbaşa Dünya Kubokuna yüksələcək. Qruplarda üçüncü və dördüncü yeri tutan altı daha üç vəsiqənin sahibini müəyyənləşdirəcək.

Aut.az