“Bavariya”da ciddi itki
“Bavariya”nın yarımmüdafiəçisi Aleksandar Pavlovic zədə səbəbindən 2024-cü ilin qalan hissəsini buraxacaq.
Aut.az xəbər veirr ki, 20 yaşlı futbolçu Bundesliqanın 7-ci turunun “Ştutqart”la (4:0) matçının 8-ci dəqiqəsində sağ çiyni üzərində xoşagəlməz şəkildə yıxılması nəticəsində zədələnib. O, meydanı tərk etmək məcburiyyətində qalıb.
Pavloviçə körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Yarımmüdafiəçi uğurla əməliyyat olunub.
“Sky Sport”un məlumatına görə, Pavloviç meydana yalnız gələn il meydanlara qayıdacaq.
Qetd edək ki, bu mövsüm almaniyalı yarımmüdafiəçi münhenlilərin heyətində 9 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə edib.
Aut.az
