“Bavariya”nın futbolçusunda xərçəng aşkarlandı: Klub möhtəşəm jest etdi
“Bavariya”nın qadınlardan ibarət futbol komandasının qapıçısı Mariya Qrosda bədxassəli şiş aşkarlanıb.
Aut.az xəbər verir ki, 23 yaşlı gənc müvafiq müalicəyə başlayacaq. O, bundan sonrakı dönəmdə bütün diqqətini sağalmasına yönəldəcək. Buna görə də qeyri-müəyyən müddətə meydanlardan uzaq qalacaq.
Münhen klubu qapıçısına dəstək olmaq üçün Qrosla müqavilənin müddətini 2026-cı ilə qədər uzadıb.
Aut.az

