Almaniya

Özümə gəlmək üçün vaxta ehtiyacım var – əfsanəvi alman

“Bayern” və Almaniya millisinin sabiq oyunçusu Filip Lam Bundestimin 2026-cı il dünya çempionatında zəif çıxışına münasibət bildirib.

Aut.az xəbər verir ki, “The Guardian” qəzeti Lamın sözlərini sitat gətirib:

“Şokdayam. Almaniya ardıcıl üçüncü dəfə Dünya Kubokundan erkən kənarlaşdırılıb. Özümə gəlmək üçün vaxta ehtiyacım var. Alman futbolu necə oynadığını anlaya bilmir. Yeni ideyalar, yeni mövqelərdə yeni oyunçular daim ortaya çıxır”.

Xatırladaq ki, Yulian Naqelsmanın komandası Dünya Kubokunun 1/16 final mərhələsində Paraqvayı məğlub edə bilməyib. Matç əsas vaxtda 1-1 hesabı ilə başa çatıb və Cənubi Amerika komandası penaltilər seriyasında qalib gəlib.

Dörd il əvvəl Qətərdə keçirilən Dünya Kubokunda almanlar qrup mərhələsini keçə bilməmişdilər. Oxşar uğursuzluq 2018-ci ildə Rusiyada keçirilən Dünya Kubokunda da baş vermişdi.

Aut.az