Dünya futbolu

Çoxdan ora getmək istəyirdim – PSJ-nin qapıçısı tətilini harada keçirib?

PSJ-nin qapıçısı Matvey Safonov yay tətilini harada keçirdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Safonov “Teleqram” kanalında yazıb:

“Mən çoxdan Asiyaya səyahət etmək istəyirdim və bu dəfə eyni anda iki ölkəyə – Koreya və Çinə səfər edə bildim. Koreyada Seula və Ceju adasına baş çəkdik. Ölkənin iki tamamilə fərqli tərəfini görə bildik.

Çinin Şanxay şəhərində bir həftə keçirdik. Şəhəri hər tərəfdən görmək üçün kifayət qədər vaxt idi. Asiya mədəniyyəti mənə çox yaxındır, o, sözün əsl mənasında burada hər şeyə hopub: Buddist məbədləri, memarlıq, atmosfer”.

Safonov ötən mövsüm Paris nəhənginin heyətində UEFA Çempionlar Liqası Kubokunu və Fransa çempionluğunu qazanıb.

Aut.az