Ailəsini ABŞ köçməyə asanlıqla razı salıb, çünki…
“Barselona”dan “İnter Mayami”yə keçən Serxio Buskets ailəsini İspaniyadan ABŞ-a köçməyə razı salmağın onun üçün çətin olmadığını deyib.
“ABŞ kimi bir ölkə və Mayami kimi bir şəhər olanda hər şey daha asan olur. Amerikanın həyat tərzi hər kəsin arzusudur. Burada hər şey böyük miqyasda aparılır. Sizin imkanlarınız sonsuzdur. Əsas dünya gücüdür. Bütün bunlar özünüz və uşaqlarınız üçün hər şeyin ən yaxşısına sahib olmağa imkan verir.
Günün sonunda bu, təkcə mənim idman karyeramı deyil, bütün ailə həyatımızı zənginləşdirəcək bir şey yaşamaqdır. Biz xoşbəxtik və burada mümkün qədər tez yerləşməyi səbirsizliklə gözləyirik. Düzdür, dəyişikliklər başlanğıcda bir az stresli ola bilər, lakin biz həqiqətən xoşbəxtik.
Keçmiş komanda yoldaşlarımla “İnter Mayami”də oynaya bilərəm. Bütün bunlar bu addımı mənim üçün cəlbedici etdi”, – deyə “The Athletic” busketsdən sitat gətirib.
Aut.az
